Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
Ana Sayfa > Karusel / Qarabağ > Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb


30-06-2026, 15:49. Yazar: Admin

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhəri və Xocalı rayon sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb.

ƏƏSMN-dən Qarabaginfo.az-a verilən məlumata görə, kurs Xankədidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub.

Bildirilib ki, müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır: "Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar. Kursun təşkil edilməsində məqsəd azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrinə dəstək göstərməkdir".


Geri dön