Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib
Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib

Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib


30-06-2026, 15:20. Yazar: Admin

Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib

Rusiyanın Altay Respublikasında iyulun 1-dən sentyabrın 1-nə qədər yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Qarabaginfo.az xəbər verir ki, respublikanın Dağlıq Altaysk, Mayminski və Çemalski rayonlarında yanacaqdoldurma məntəqələrində adambaşına gündə 30 litrə qədər benzin və 50 litrə qədər dizel yanacağı satılacaq.

Qalan səkkiz rayon və dairədə isə limit müvafiq olaraq 50 və 100 litr olacaq. Bidonla yanacaq doldurulması isə 10 litrlə məhdudlaşdırılacaq.

Respublika rəhbəri Andrey Turçakın sözlərinə görə, məhdudiyyətlər “süni ajiotajdan qaçmaq üçün” tətbiq olunur.


Geri dön