Ana Sayfa > Karusel / İqtisadiyyat > Kreml yanacaq idxal edəcəyi ölkələrin adlarını gizli saxlayacaq

Kreml yanacaq idxal edəcəyi ölkələrin adlarını gizli saxlayacaq


Bu gün, 13:45. Yazar: Admin

Kreml: Rusiya Yaxın Şərqlə bağlı razılığa gəlmək üçün kömək etməyə hazırdır » Qarabaginfo.az

Rusiya hansı ölkələrdən yanacaq alacağını açıqlamayacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya neft məhsullarının mümkün idxalı ilə bağlı digər ölkələrlə danışıqlar aparır, lakin söhbətin hansı ölkələrdən getdiyini açıqlamayacaq.

Peskov vurğulayıb ki, “məqbul qiymətlər üzrə razılaşmalar” əldə olunarsa, Rusiya yanacağı idxal edəcək.

“Bu, tələbatın bu qədər artmasının qarşısını almaq məqsədilə bazarı sabitləşdirmək istiqamətində daha bir addım olacaq”, - Kremlin sözçüsü qeyd edib.


Geri dön