Ana Sayfa > Karusel / Dünya > Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir

Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir


Bu gün, 07:35. Yazar: Admin

Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir

"Oman Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması ideyasını dəstəkləmir".

Qarabaginfo.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi deyib.

Onun sözlərinə görə, boğaz beynəlxalq dəniz yolu olaraq təhlükəsiz və bütün ölkələrin istifadəsi üçün açıq qalmalıdır.

Nazir qeyd edib ki, Oman BMT-nin Dəniz Hüququ Konvensiyasına sadiqdir və Hörmüz boğazı ilə bağlı istənilən yeni qaydalar beynəlxalq hüquqa uyğun olmalıdır.

əl-Busaidi onu da bildirib ki, keçid haqqı tətbiq edilməsə də, gəmiçiliyin təhlükəsizliyinin artırılması, fövqəladə hallara hazırlıq və dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı xidmətlər üçün yeni mexanizmlər nəzərdən keçirilə bilər.

Nazir onu da vurğulayıb ki, bu istiqamətdə qərarlar boğazdan istifadə edən ölkələr və gəmiçilik şirkətləri ilə məsləhətləşmələrdən sonra qəbul edilməlidir.

əl-Busaidi Omanın regionda gərginliyin azaldılması istiqamətində diplomatik səyləri dəstəklədiyini də vurğulayıb.

 


Geri dön