BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, dünyanın hər yerində terrorçular yeni texnologiyalara fəal şəkildə uyğunlaşır, onlardan təbliğat və vəsait toplamaq üçün istifadə edirlər.
Qarabaginfo.az xəbər verir ki, Quterreş bu barədə BMT-yə üzv dövlətlərinin Terrorla Mübarizə Agentlikləri Rəhbərlərinin 4-cü Yüksək Səviyyəli Konfransında çıxışı zamanı danışıb.
"Hər cür terrorçu uyğunlaşır, yeni texnologiyalar onların cəlb edilməsini və maliyyələşdirilməsini asanlaşdırır. Cinayətkar şəbəkələr pul və silah axınını sürətləndirir ki, bura indi ölümcül dronlar da daxildir", - Quterreş deyib.
Quterreş onu da qeyd edib ki, cinayətkarlar həmçinin süni intellekt, rəqəmsal platformalar və pilotsuz uçuş aparatları kimi texnologiyalardan da istifadə edirlər.