Ana Sayfa > Karusel / Sosial > YPX cərimənin görüntüsünü göstərməyə borcludur?– DİN-dən rəsmi izah

YPX cərimənin görüntüsünü göstərməyə borcludur?– DİN-dən rəsmi izah


Bu gün, 17:25. Yazar: Admin

 

Məhkəmə DYP-nin protokolunu ləğv etdi
Məhkəmə DYP-nin protokolunu ləğv etdi

“YPX inspektoru inzibati xəta törətdiyim anın görüntüsünü mənə təqdim etmədi. Bu nə dərəcədə doğrudur?”

Bu barədə Qarabaginfo.az-a daxil olmuş sorğunun cavabını təqdim edirik:

DİN dən verilən məlumatda bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır.

“Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır”.


Geri dön