Ana Sayfa > Karusel / İqtisadiyyat > Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub

Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub


Bu gün, 15:53. Yazar: Admin

Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub

Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarına 2026-cı ilin aprel ayından etibarən xalis qaz vuruluşu (anbarlara vurulan və çıxarılan qaz həcmləri arasındakı fərq) həcmləri artıq 22 mlrd. kubmetri ötüb.

Bu barədə Qarabaginfo.az-a Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 48,29% təşkil edir. Bu, son beş ilin eyni tarix üzrə orta göstəricisindən 14,67 faiz bəndi, ötən ilin eyni dövründə qeydə alınmış 57,8%-lik səviyyədən isə əhəmiyyətli dərəcədə aşağıdır.

Bildirilir ki, Hazırda Aİ ölkələrinin anbarlarda 52,8 mlrd. kubmetr qaz mövcuddur.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan müddətdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90 %-ə çatdırmalıdır. Bununla yanaşı, anbarların doldurulması ilə bağlı mürəkkəb şərait yarandıqda 10 %-lik elastiklik mexanizmi də nəzərdə tutulur.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropanın yeraltı qaz anbarlarına xalis qaz vuruluşunun ən azı 68 mlrd. kubmetr təşkil etməsi lazımdır. Ötən il isə Avropa yalnız təxminən 55 mlrd. kubmetrlik göstəriciyə nail ola bilmişdi.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


Geri dön