Ana Sayfa > Karusel / Sosial > Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub

Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub


29-01-2021, 21:35. Yazar: Admin

 

Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub - FOTO

Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.

Qarabaginfo.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Qeyd edək ki, yataqxananın ümumi sahəsi 5100 m2 olan beşmərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdılımış sahə var.

 


Geri dön