Ana Sayfa > Karusel / Siyasət > Simonyanın təxribatçı çağırışına Peskovun cavabı

Simonyanın təxribatçı çağırışına Peskovun cavabı


29-01-2021, 20:09. Yazar: Admin

 

Rusiya Donbası "qaytarmaq" niyyətində deyil, amma rusdilli əhalinin maraqlarını qorumağa davam edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donetsk şəhərində keçirilən forumda bu ərazilərin RF tərkibinə daxil edilməsinə çağıran Marqarita Simonyanın fikirlərini şərh edərkən deyib.

“Marqarita Simonyan mediamenecer və jurnalistdir. O, heç bir şəkildə Rusiya Federasiyasının rəsmi mövqeyinin ifadəçisi ola bilməz. Gündəlikdə belə bir məsələ yoxdur”, - deyə Peskov bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Ukraynanın daxili böhranının aradan qaldırılmasında yardım səyləri çərçivəsində son dərəcə məsuliyyətli mövqe tutur. (Axar.az)

 


Geri dön