Ana Sayfa > Karusel / Sosial > Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı

Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı


28-06-2026, 10:42. Yazar: Admin

samaxida-agsu-cayi-dasdi

Şamaxının Qəleybuğurd kəndindən keçən Ağsu çayının daşması nəticəsində hərəkət tamamilə dayanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yer alıb.

Məlumata görə, güclü yağışlardan sonra yaranan sel səbəbindən infrastruktur iflic olub, insanlar yollarda çarəsiz vəziyyətdə qalıblar. Ərazidə nəqliyyatın hərəkəti qeyri-mümkün olduğundan vətəndaşlar traktorlar sayəsində çayı keçməyə çalışırlar.


Geri dön