Ana Sayfa > Karusel / Siyasət > İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir


28-06-2026, 09:44. Yazar: Admin

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

Qarabaginfo.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

Nazirlik ABŞ-ı öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

İran Xarici İşlər Nazirliyi, həmçinin vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

 


Geri dön