Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
Ana Sayfa > Karusel / Dünya > Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb

Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb


Bu gün, 09:20. Yazar: Admin

İsrailin Baş naziri Benyamin Netanyahu

 

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Beyrutun İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıdığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, İsrail "Hizbullah" və digər silahlı qruplar tərksilah edilənə, həmçinin Livan ərazisindən İsrailə yönələn təhlükə aradan qalxana qədər təhlükəsizlik zonasını qoruyacaq.

Baş nazir əlavə edib ki, pilot layihə çərçivəsində İsrail ordusu Livanın cənubundakı iki ərazidən mərhələli şəkildə çıxacaq.

Bu ərazilərdən biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun sərhədində yerləşir.

Netanyahu bildirib ki, həmin ərazilər "Hizbullah"dan təmizləndikdən sonra Livan ordusunun nəzarətinə veriləcək. 

 

 


Geri dön