Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub


29-01-2021, 19:38. Yazar: Admin

 

Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub

 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. 

  Akar bildirib ki, Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq: “Bir general və 38 personalımızın çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq”. APA


Geri dön