Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Ana Sayfa > Karusel / Dünya > ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub

ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub


Bu gün, 06:53. Yazar: Admin

ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub

ABŞ ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Bildirilib ki, ABŞ hərbi təyyarələri İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini, həmçinin sahil radar mövqelərini vurub.

Bu addımın İranın iyunun 25-də “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronu ilə hücum etməsinə cavab olaraq atıldığı bildirilir.

Bəyanatda bildirilir ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsassız hücumu atəşkəs rejimini açıq şəkildə pozub.

Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasını təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir.


Geri dön