Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ana Sayfa > Karusel / Dünya > Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib

Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib


Bu gün, 06:49. Yazar: Admin

Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib

Böyük Britaniya Ukraynanın təcili büdcə ehtiyaclarını dəstəkləmək üçün Kiyevə 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin açıqlamasında bildirilir.

Özəl sektorun maliyyələşdirilməsi və investisiyalarını cəlb etmək və ixtisaslı mütəxəssislər üçün iş yerləri yaratmaq məqsədilə Dünya Bankının 3,35 milyard dollarlıq layihəsini dəstəkləmək üçün 500 milyon dollar istifadə olunacaq.

Yaponiya və Almaniya tərəfindən birgə maliyyələşdirilən 880 milyon dollarlıq sosial müdafiə proqramının həyata keçirilməsi üçün əlavə 500 milyon dollar ayrılacaq.

Britaniya hökuməti qeyd edib ki, tərəfdaş ölkələrin zəmanətləri ilə Kiyevə maliyyə yardımının növbəti tranşı 4 milyard dollar təşkil edəcək.


Geri dön