Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
Ana Sayfa > Karusel / Dünya > Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir

Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir


Dünən, 22:09. Yazar: Admin

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

 

ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatı həqiqətin təhrif edilməsi və uğursuz təcrübələrin təkrarlanmasıdır.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" iyunun 25-də ABŞ və Körfəz Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin yaydığı bəyanata münasibət bildirərkən qeyd edib.

Bəqai bildirib ki, regional kollektiv təhlükəsizlik məsələsində ən çox maraqlı olan ölkə İrandır.

Onun sözlərinə görə, “Körfəz Əməkdaşlıq Şurasının bu problemin həllini təhlükəsizliyi ən çox pozan tərəfə sığınmaqda görməsi həm məqsədə ziddir, həm də son acı təcrübələrdən nəticə çıxarılmadığını göstərən məyusedici yanaşmadır”.


Geri dön