Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Ana Sayfa > Karusel / Region > FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb

FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb


Bu gün, 15:35. Yazar: Admin

FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb

Dağıstanda dünyanın hər yerində məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) saxlanılan yeniyetmənin terror təşkilatı yaratdığını və idarə etdiyini açıqlayıb.

Məlum olub ki, o, kütləvi qətl törətmək niyyəti ilə yeniyetmələri məktəblərə hücum üçün "verbovka" edib. Hədəflər təkcə Rusiyada deyil, MDB ölkələri, həm də ABŞ və Avropadakı məktəblər olub.

Yeniyetmənin sözlərinə görə, yanvar ayında təşkilat üzvlərindən biri Texasda beş yanğın törədib.

İstintaq Komitəsi yeniyetmənin SBU (Ukrayna Təhlükəsizlik Xidməti) əməkdaşlarının onunla birlikdə icmalar şəbəkəsi və Telegram kanallarının idarə olunmasında iştirak etdiyini bildirdiyi video yayımlayıb.


Geri dön