Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
Ana Sayfa > Karusel / Dünya > Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib

Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib


Bu gün, 10:25. Yazar: Admin

Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski "Facebook" hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı "Alfa" Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib.

"Aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük əməliyyatı təsdiqlədim", - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində ən yüksək nəticələri nümayiş etdirir.


Geri dön