Ana Sayfa > Karusel / Dünya > Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək


25-06-2026, 19:56. Yazar: Admin

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.


Geri dön