Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ana Sayfa > Karusel / Dünya > Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq

Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq


Bu gün, 19:33. Yazar: Admin

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens

 

İsveçrədə keçirilən danışıqların ən mühüm nəticələrindən biri ABŞ və İran arasında gələcək eskalasiyaların qarşısını almaq məqsədilə birbaşa hərbi kommunikasiya kanalının yaradılması barədə prinsipial razılığın əldə olunması olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “UnHerd” ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə istinadən məlumat yayıb.

Vensin sözlərinə görə, Vaşinqtonun əsas məqsədlərindən biri münaqişənin azaldılması üçün İran tərəfi ilə birbaşa əlaqə mexanizmi yaratmaq olub.

Onun sözlərinə görə, İran bu təklifə müsbət yanaşıb.

“Onlar dedilər ki, problem deyil. SEPAH-dan bir nümayəndə Dohada CENTCOM nümayəndəsi ilə işləyəcək və bir çox mübahisələri bu yolla həll edəcəyik”, – ABŞ-ın vitse-prezidenti bildirib.

Vens qeyd edib ki, belə bir mexanizm tərəflər arasında insidentlərin və mümkün hərbi gərginliyin qarşısının alınmasına kömək edə bilər.


Geri dön