Rusiya Hava Hücumundan Müdafiə vasitələri son 24 saatda Ukrayna Silahlı Qüvvələrinə məxsus 762 dronu vurub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində HHM sistemləri 17 idarə olunan aviasiya bombası, iki ABŞ istehsalı HIMARS-ın raketini və 762 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Rusiya MN “xüsusi hərbi əməliyyat”ın başlanğıcından bəri ümumilikdə Ukrayna ordusunun 671 təyyarə, 284 helikopter, 168 852 PUA, 663 zenit-raket sistemi, 29 894 tank və digər zirehli döyüş maşını, 1 748 reaktiv yaylım atəşi sistemi, 35 495 səhra artilleriya qurğusu və minaatan, eləcə də 64 864 xüsusi hərbi avtomobil texnikasının məhv edildiyini açıqlayıb.