Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib
Ana Sayfa > Karusel / Dünya > "Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib

"Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib


Bu gün, 13:44. Yazar: Admin

"Reuters": İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib

İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib.

Bu barədə anonim ABŞ rəsmisi “Reuters“ə bildirib.

Onun sözlərinə görə, həmin ərazilərə Livan ordusu daxil olacaq.

Mənbə dəqiq olaraq hansı bölgələrin İsrail qüvvələri tərəfindən boşaldıldığını deməyib.

“İsrail bufer zonanın bir hissəsində çıxmaqla konkret addım atıb. Bu, Livanın legitim hökumətinə qarşı atılmış bir xoşməramlı addımdır. İndi Livan ordusu bu ərazilərə girməli və oranı terror infrastrukturundan təmizləməlidir”, - qeyd edilib.

Mənbə bildirib ki, bu, Livanın cənubundakı bütün bölgələrdə bir model olacaq və əhalinin həmin yerlərə təhlükəsiz şəkildə qayıtmasına gətirib çıxaracaq.


Geri dön