Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 225.45 litr qan toplanıb 
Ana Sayfa > Karusel / Cəmiyyət > Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 225.45 litr qan toplanıb 

Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 225.45 litr qan toplanıb 


Bu gün, 10:58. Yazar: Admin

Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 225.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Bildirilib ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.


Geri dön