İraq Respublikasının Prezidenti Nizar Amidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və uğurlar, xalqınıza isə davamlı tərəqqi və firavanlıq arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik”.