Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Ana Sayfa > Karusel / Region > AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub


24-06-2026, 13:09. Yazar: Admin

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

AZAL-dan Qarabaginfo.az-a verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Geri dön