Ana Sayfa > Karusel / Dünya > Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram

Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram


Bu gün, 08:59. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin nəticə etibarilə reallığa çevriləcəyinə inandığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatının Redinq şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderindən Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalarda nəzərdə tutulduğu kimi Livanda atəşkəsin mümkün olub-olmadığı soruşulub.

“Görəcəyik. Baxın, onlar uzun illərdir, onilliklərdir bir-biri ilə müharibə aparırlar. Amma düşünürəm ki, bu işləyəcək”, – deyə Tramp bildirib.


Geri dön