Ana Sayfa > Karusel / Qarabağ > Ermənilərin Xocavənd təxribatının 3 səbəbi
Ermənilərin Xocavənd təxribatının 3 səbəbi29-01-2021, 15:35. Yazar: Admin |
Xocavənddə faşist Qaregin Njde abidəsi təxribat yaratmaq məqsədilə qoyulub. Qarabaginfo.az xəbər verir ki, bunu Axar.az-a Rusiya Hərbi Politoloqlar Assosiasiyasının üzvü Aleksandr Perenciyev deyib. O bildirib ki, ermənilərin bu addımı atmasında bir neçə əsas səbəb var: “Birincisi, bu aktı azadlıq mübarizəsində qalib gəlmiş Azərbaycandan qisas almaq cəhdi kimi qiymətləndirmək olar. İkincisi, bu, postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması mövzusu ilə Rusiyanı yenidən qıcıqlandırmaq məqsədi daşıyır. Üçüncüsü, azərbaycanlıların Rusiya sülhməramlılarına qarşı silahlı münaqişə yaratmasına bir daha cəhd etməkdir. Təxribatçıların fikrincə, bu, rəsmi Moskvanın Azərbaycanın qərb ərazilərində rəsmi Bakıya qarşı müharibəyə cəlb olunmasına şərait yarada bilər”. Ekspert təxribatçıların “balıq tutmaq üçün suyu bulandırdıqlarını” da vurğulayıb: “Yəni düşünürlər ki, Rusiyanın köməyi ilə Azərbaycanın işğaldan azad edilən torpaqlarını yenidən ələ keçirməyə cəhd etmək olar. Əminəm ki, bu, mümkün olmayacaq, faşist əlaltısının abidəsi isə birdən-birə deyil, zaman keçdikcə söküləcək”.
Geri dön |