Ana Sayfa > Karusel / Gündəm > Övladını təhlükəli vəziyyətdə motosikletlə apardı - Saxlanıldı

Övladını təhlükəli vəziyyətdə motosikletlə apardı - Saxlanıldı


23-06-2026, 19:17. Yazar: Admin

ovladini-tehlukeli-veziyyetde-motosikletle-apardi

Xəbər verdiyimiz kimi, Suraxanı rayonu ərazisində - Aeroport yolunda motosikletdə sərnişin qismində əyləşən azyaşlı qızın heç bir təhlükəsizlik vasitəsindən istifadə etməməsi narahatlığa səbəb olub.

Qarabaginfo.az-ın məlumatına görə, paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.


Geri dön