Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
Ana Sayfa > Karusel / Dünya > Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib

Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib


23-06-2026, 17:39. Yazar: Admin

Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib

Ukrayna ordusu Krımda, Razdolnoye kəndi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən dəmir yolu körpüsünü vurub.

arabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri (SOF) körpünün məhv edilmə anını əks etdirən videogörüntünü yayıb.

Məlumata görə, iyunun 22-nə keçən gecə pilotsuz uçuş aparatları ilə həyata keçirilən dəqiq zərbələr nəticəsində körpünün dəmir yolu hissəsi sıradan çıxarılıb, dayaqlardan birinin aşdığı bildirilib.

Məlumata əsasən, bu gecə xüsusi təyinatlıların dronları körpünü təmir etməyə cəhd edən təmir texnikasına və körpünün qalıqlarına yenidən zərbələr endirib.


Geri dön