Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Tramp Zelenskiyə Rusiyaya təzyiq göstərmək üçün “yaşıl işıq” yandırıb
Ana Sayfa > Karusel / Dünya > KİV: Tramp Zelenskiyə Rusiyaya təzyiq göstərmək üçün “yaşıl işıq” yandırıb

KİV: Tramp Zelenskiyə Rusiyaya təzyiq göstərmək üçün “yaşıl işıq” yandırıb


23-06-2026, 16:04. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski, ​​​​​​​ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi söhbətində Rusiyanı danışıqlar masasına əyləşdirmək məqsədilə daha qətiyyətli addımların atılmasını dəstəklədiyini bildirib.

Bu barədə “The Kyiv Independent” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Rusiyaya təzyiqlərin artırılması və bu istiqamətdə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ilə koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bunun ardınca Zelenskinin komandası Trampa ABŞ ərazisində Ukrayna və Rusiya liderlərinin iştirakı ilə sammit keçirməyi təklif edib.

Nəşrin istinad etdiyi yüksəkvəzifəli ukraynalı rəsmisinin sözlərinə görə, “Donald Tramp bu ideyanı bəyənib”.

Hələlik Ağ Ev və ya digər rəsmi qurumlar sözügedən məlumatla bağlı açıqlama verməyib.


Geri dön