Ana Sayfa > Karusel / Dünya > Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib

Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib


Bu gün, 07:18. Yazar: Admin

Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib

Türkiyədə Ştutqart-Qaziantep reysini həyata keçirən təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Almaniyanın Ştutqart şəhərindən Türkiyənin Qaziantep şəhərinə uçan sərnişin təyyarəsinin enişdən sonra təkəri partlayıb.

Hadisə nəticəsində təyyarədə olan 186 sərnişin təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

Məsələ ilə bağlı açıqlama yayan nazirlik hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyini bildirib.


Geri dön