Hörmüz boğazından neft və qazın daşınması artıq böhrandan əvvəlki səviyyəyə qayıdıb.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
"Biz Hörmüz boğazından neft və təbii qazı böhrandan əvvəlki səviyyələrdə daşıyırıq. Biz bu səviyyəni aşa da bilərik", - nazir deyib.
Rayt onu da əlavə edib ki, iki gün əvvəl Hörmüz boğazından rekord gündəlik enerji tədarükü qeydə alınıb.