Ana Sayfa > Karusel / Dünya > Tramp İsrailin Livandan qoşunları çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edəcəyini bildirib

Tramp İsrailin Livandan qoşunları çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edəcəyini bildirib


Bu gün, 07:03. Yazar: Admin

Tramp İsrailin Livandan qoşunları çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp İsrailin Livanın cənubundan qoşunlarını çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edə biləcəyinə əmin olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.

"Mən problemlərin həllində mütəxəssisəm. Problemləri tez bir zamanda həll edirəm. Bibi (İsrail Baş naziri Benyamin Netanyahu) ilə bağlı məsələləri də həll edə bilərəm", - Tramp deyib.

Qeyd edək ki, iyunun 22-də Netanyahu İsrailin qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində olmadığını bir daha vurğulayıb.

"Mən qəti şəkildə inanıram ki, şimal sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün lazım olduğu qədər Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq", - Netanyahu deyib.


Geri dön