Ana Sayfa > Karusel / Dünya > Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib

Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib


Bu gün, 19:53. Yazar: Admin

İsrailin Baş naziri Benjamin Netanyahu

 

Livanın cənubunda fəaliyyət göstərən hərbçilər tam əməliyyat azadlığına malikdirlər.

Qarabaginfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benjamin Netanyahu bildirib.

“Mənim və müdafiə nazirinin İsrail ordusuna verdiyi göstəriş aydındır və dəyişməyib. Livanın cənubundakı qüvvələrimizə qarşı və ya İsrailin şimal sakinlərinə qarşı istənilən birbaşa və ya potensial təhlükənin qarşısını almaq üçün ordumuz tam fəaliyyət azadlığına malikdir. Bu məsələdə IDF üçün heç bir məhdudiyyət yoxdur”, – Netanyahu deyib.

Baş nazir İsrail ordusuna dəstəyini ifadə edərək, bütün ölkənin onların arxasında dayandığını vurğulayıb.

“Mən və bütün xalq onların arxasındadır”, – o qeyd edib.

Netanyahu qeyd edib ki, İsrail ordusu Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını tərk etməyəcək: “Şimal bölgəsinin sakinlərini və İsrail dövlətinin bütün vətəndaşlarını qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında nə qədər lazımdırsa, o qədər qalacağıq”.


Geri dön