Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində 13 nəfər ölüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qətərin energetika naziri Saad əl-Kaabi bildirib.
Ölənlər Hindistan və Pakistan vətəndaşlarıdır.
Daha 66 nəfər isə yaralanıb, onlar xəstəxanalarda müalicə olunurlar. Yaralılar arasında Qətər, həmçinin Asiya və Afrika ölkələrinin vətəndaşları var.