Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək
Ana Sayfa > Karusel / Siyasət > Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək

Peskov: Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək


22-06-2026, 15:21. Yazar: Admin

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

 

Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təmas qurmağı planlaşdırır.

“Bu və digər məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Amma əlbəttə ki, bu təhdidlər tamamilə aqressivdir. Bu təhdidlər qarşı tərəfin daxili işlərinə müdaxilə, qarşı tərəfin suverenliyinə qəsddir. Şübhəsiz ki, Belarus lideri və Belarus özü suverenliyini təmin etməyə qadirdir”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukraynanın bu məsələni özünün həll edəcəyini bəyan edib.


Geri dön