Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan təyyarə həyəcan siqnalı verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
"Pobeda" aviaşirkətinin Gümrü-Moskva reysini yerinə yetirən təyyarəsi Mahaçqalada enişə hazırlaşır.
Məlumata görə, təyyarə Dağıstan səmasında həyəcan siqnalı verib.