Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb
Ana Sayfa > Karusel / Region > Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb

Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb


22-06-2026, 13:24. Yazar: Admin

Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb

Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb.

Bu barədə “RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb.

İlkin məlumatlara görə, şəhərə bir neçə “Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir.

Ukraynanın “Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar Zavodu ola bilər.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb.

Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.


Geri dön