Ana Sayfa > Karusel / Sosial > Beş ayda 18300 uşağa reabilitasiya xidmətləri göstərilib

Beş ayda 18300 uşağa reabilitasiya xidmətləri göstərilib


Dünən, 10:58. Yazar: Admin

Beş ayda 18300 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində bu ilin yanvar-may aylarında 18300 uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə Qarabaginfo.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 889 uşaq stasionar, 10600 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər".


Geri dön