Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Ana Sayfa > Karusel / Dünya > Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib

Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib


Bu gün, 07:18. Yazar: Admin

Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib

Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir.


Geri dön