Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb

İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb


Bu gün, 07:13. Yazar: Admin

İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda həyata keçirilən əməliyyat zamanı “İslami Cihad” təşkilatının “Xan Yunis” briqadasının “Nuxba” xüsusi dəstəsinin komandirini və HAMAS-ın xüsusi təyinatlı bölməsinin üzvünü zərərsizləşdirdiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində “İslami Cihad”ın “Nuxba” bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa öldürülüb. Digər zərbə zamanı isə HAMAS-ın yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan xüsusi təyinatlısı Məhəmməd Usama Əbdüləziz məhv edilib.

Qeyd olunub ki, Zəki Yusif Mahmud Əbu Mustafa 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və israilli vətəndaşın girov götürülməsində iştirak edib.


Geri dön