Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb 
Ana Sayfa > Karusel / Dünya > İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb 

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb 


Bu gün, 20:05. Yazar: Admin

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb - YENİLƏNİB

İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə davam edən İran-ABŞ danışıqlarına daxili məsləhətləşmələrin aparılması məqsədilə fasilə verilib.

Bu barədə “Fars” Agentliyi məlumat yayıb.

Nümayəndə heyətlərinin bu fasilədən istifadə edərək öz paytaxtları ilə əlaqə saxlaması və son inkişaflarla bağlı fikir mübadiləsi aparması gözlənilir.

İran Xarici İşlər Nazirliyinin və danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək. Onun sözlərinə görə, danışıqların Türkiyə vaxtı ilə saat 20:00-da başa çatması gözlənilir.

Qeyd edək ki, danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf başçılıq edir.


Geri dön