Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək

KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək


Bu gün, 14:30. Yazar: Admin

KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək

İsveçrədə ABŞ və İran arasında aparılan danışıqların proqramına İsrail ilə Hizbullah arasında davam edən münaqişənin müzakirəsinə həsr olunmuş xüsusi iclas daxil edilib.
Bu barədə “CBS News” məlumat yayıb.
Nəşrin danışıqlarda iştirak edən bir diplomata istinadən yaydığı xəbərdə bildirilir ki, xüsusi müzakirə gündəlikdə ilk məsələ kimi yer alır. Nə İsrail, nə də Hizbullah” danışıqlarda təmsil olunur.
Qeyd edək ki, İsveçrədə keçirilən danışıqların cümə günü başlaması planlaşdırılırdı. Bu görüşlər ABŞ və İranın çərşənbə günü qarşılıqlı anlaşma memorandumu imzalamasından sonra təşkil edilməli idi. Lakin Hizbullah və İsrail arasında davam edən döyüşlər fonunda yaranan gərginlik səbəbindən danışıqlar təxirə salınıb. İran isə dünən bəyan edib ki, Hörmüz boğazını yenidən bağlayıb.
Məlumata görə, bu böhran, ən azı hələlik, aradan qaldırılıb. “Channel 12” telekanalı dünən məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Ordusuna Livanda atəşi dayandırmaq barədə göstəriş verib.

 


Geri dön