Ana Sayfa > Karusel / Dünya > Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb

Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb


21-06-2026, 07:31. Yazar: Admin

Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb

Hindistan bayrağı altında üzən üç tanker; “Deş Vaybhav”, “Deş Vibhor” və “Sanmar Herald” Hörmüz boğazından uğurla keçib və Hindistana doğru gedir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat verib.

"Təhlükəsiz keçid təmin edilib. Üç Hindistan tankeri Hörmüz boğazından uğurla keçib və Hindistana doğru gedir", - o bildirib.

Nazirin sözlərinə görə, gəmilər 860.000 tondan çox xam neft daşıyır və göyərtəsində 94 hind dənizçisi var.


Geri dön