Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb


Bu gün, 19:47. Yazar: Admin

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

İsrail ordusunun Livanın cənubunda Nəbatiyyə bölgəsinə davam edən zərbələri nəticəsində azı 16 nəfər ölüb, daha 12 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, xilasedicilər səhər saatlarından etibarən “bölgəni hədəf alan davamlı hücumlara” cavab olaraq fəaliyyət göstərir və yaralılarla ölənlərin xəstəxanalara çatdırılmasını təmin edir.

Bu, İsrail və “Hizbullah” arasında atəşkəs elan edilməsindən bir gün sonra baş verib.

Qeyd edək ki, dünən İsrailin Livana zərbələri nəticəsində 47 nəfər ölüb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, gecə saatlarında İranın dəstəklədiyi “Hizbullah” Cənubi Livandakı İsrail hərbçilərinə qarşı 50-dən çox mərmi və raket atıb.


Geri dön