Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb
Ana Sayfa > Karusel / Dünya > Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb

Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb


Bu gün, 19:00. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron

 

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının himayəsi altında Aİ hüdudlarından kənarda qeyri-qanuni miqrantlar üçün qəbul və geri qaytarılma mərkəzlərinin yaradılmasına qəti şəkildə qarşı olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Fransaya gəldikdə isə, mən üçüncü ölkələrdə geri qaytarılma mərkəzlərinin və ya ‘hab’ların yaradılmasının əleyhinəyəm. Hesab edirəm ki, bu, nəinki səmərəsizdir, həm də prinsiplərimizə ziddir”, – deyə Makron bildirib.

Fransa lideri əlavə edib ki, bu günə qədər belə bir miqrasiya mərkəzinin uğurla fəaliyyətə başladığını görməyib, baxmayaraq ki, bu barədə çoxsaylı çağırışlar səsləndirilib və müxtəlif memorandumlar imzalanıb.

Makron vurğulayıb ki, miqrantların öz ölkələrinə qaytarılması üçün yaradılacaq mərkəzlərin tikintisinə Aİ büdcəsindən vəsait ayrılmasına qarşı çıxacaq.


Geri dön