Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Ana Sayfa > Karusel / Dünya > Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır

Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır


Bu gün, 18:58. Yazar: Admin

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilk dəfə açıq şəkildə bəyan edib ki, Avropa İttifaqının hərbi-sənaye kompleksi Avropa Komissiyasının nəzarətində olmalıdır.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

Fon der Lyayen Avropa İttifaqının təzyiq alətləri barədə danışarkən bildirib ki, “enerji, dondurulmuş aktivlər, sanksiyalar, hərbi sənaye və digər təzyiq vasitələri Avropa Komissiyasının əlində qalacaq”.

Bununla belə, Aİ-nin təsis müqavilələrinə əsasən, hərbi və hərbi-sənaye siyasəti hələ də üzv dövlətlərin milli hökumətlərinin müstəsna səlahiyyətlərinə daxildir.

Fon der Lyayenin bu bəyanatı Avropa Komissiyasının müdafiə və hərbi sənaye sahəsində səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı müzakirələrin fonunda səslənib.


Geri dön