Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir
Ana Sayfa > Karusel / Dünya > Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir

Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir


Bu gün, 18:57. Yazar: Admin

Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir

Almaniyanın müdafiə naziri Boris Pistorius Litvada yerləşdirilməsi planlaşdırılan Bundesver tank briqadası üçün kifayət qədər könüllü cəlb edə bilmir.

Bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, briqadanın formalaşdırılması zamanı Pistorius könüllülük prinsipinə üstünlük verirdi. Lakin hazırda Bundesver hərbçilərinin çox az hissəsi Litvada xidmət etməyə razılıq verib.

Xüsusilə informasiya texnologiyaları sahəsində mütəxəssis çatışmazlığı müşahidə olunur. Müdafiə Nazirliyində hesab edirlər ki, sıravi heyəti də yalnız könüllülər hesabına tamamlamaq mümkün olmayacaq.

Almaniya Quru Qoşunlarının inspektoru Kristian Froydinq bildirib ki, əsas məqsəd gələn il Litvadakı briqadanın tam döyüş hazırlığına nail olmaqdır.

“Bunun üçün könüllülük prinsipini əsas götürəcəyik, lakin lazım gəldikdə məcburi tədbirlər də tətbiq olunacaq”, – deyə o bildirib.


Geri dön