Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır
Ana Sayfa > Karusel / Dünya > Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır

Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır


20-06-2026, 18:56. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

BŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ əvvəlki administrasiya dövründə Ukraynaya böyük həcmdə silah və hərbi texnika təqdim edib, lakin bu xərclərin Avropa tərəfindən qarşılanması tələb olunmayıb. Tramp qeyd edib ki, Avropa ölkələri ilə görüşlərində bu məsələyə diqqət çəkib və onlara təxminən 350 milyard dollar dəyərində yardım göstərildiyini xatırladıb.

ABŞ Prezidenti əlavə edib ki, hazırda tətbiq olunan yeni mexanizmə əsasən, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsini əsasən Avropadakı NATO müttəfiqləri həyata keçirir.


Geri dön