Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Ana Sayfa > Karusel / Dünya > ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır

ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır


Bu gün, 18:23. Yazar: Admin

ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır

ABŞ kəşfiyyat orqanları İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqton və Tehran arasında mümkün yekun razılaşmanı pozmağa yönəlmiş addımlar ata biləcəyindən narahatdır.

Bu barədə “Washington Post“ qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası Netanyahu hökumətinin Prezident Donald Trampın İranla uzunmüddətli razılaşma əldə etmək səylərinə mane ola biləcəyi barədə xəbərdar edilib. Kəşfiyyat qiymətləndirmələrində İsrail rəhbərliyinin Livanda “Hizbullah”a qarşı əməliyyatları davam etdirmək niyyətində olduğu bildirilir. Halbuki Livanda hərbi fəaliyyətin dayandırılması ABŞ-İran razılaşmasının əsas şərtlərindən biri hesab olunur.

Nəşrin məlumatına görə, İsrail hakimiyyəti Vaşinqton və Tehran arasında müzakirə olunan memorandumun şərtlərindən narazıdır və onu İrana qarşı kifayət qədər sərt hesab etmir. ABŞ rəsmiləri hesab edirlər ki, İsrailin cənubi Livandan qoşunlarını çıxarmaqdan imtina etməsi belə mümkün razılaşmanı risk altına qoya bilər.


Geri dön